BAKI, 18 yan – Sputnik. İraq ordusu iki ildən çoxdur ki, İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhəri uğrunda başlatdığı əməliyyatda ciddi uğura imza atıb.
Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, İraqın baş naziri Heydər əl-Abadi Mosulun bütün şərq məhəllələrinin terrorçulardan təmizləndiyini bildirib.
“Dünya terror təhlükəsi ilə üz-üzədir. Əsgərlərimiz nizami ordu ilə yox, terrorçularla döyüşür. Bu səbəblə terrorçuların tam olaraq məhv edilməsi müəyyən zaman alacaq” — baş nazir əlavə edib.