İlham Əliyev: "Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub"

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: “Azərbaycanın yerləşdiyi coğrafi məkan iri transmilli layihələrin uğurla reallaşmasına rəvac verir”

BAKI, 18 yan — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla görüşü olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Şvaba təşəkkürünü bildirib.

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd edib.

İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olması istiqamətində mühüm tədbirlərin görüldüyünü deyib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlət başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Sərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirib. Prezident son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışıb, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb.

Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini deyib, Roma Papası Fransiskin ölkəmizə səfərinin Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirib.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycanla Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan prezidentinin bu forumda iştirakının ikitərəfli əməkdaşlığa töhfə verdiyini vurğulayıb. K. Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu deyib, Bakının gözəlliyindən danışıb, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm amil olduğunu bildirib. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirib.

Söhbət zamanı qarşılıqlı maraq doöuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0