“Davos forumu Azərbaycana bir sıra dividendlər qazandıracaq”

© Photo : Facebook / rufiz.qonaqovBMAM sədri Rufiz Qonaqov
BMAM sədri Rufiz Qonaqov - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il yanvar ayında İsveçrənin Davos qəsəbəsində keçirilən ənənəvi Ümumdünya İqtisadi Forumu bu il də işinə başlayıb. Forumda il ərzində dünyanı gözləyəcək əsas iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.

BAKI, 19 yan — Sputnik. Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gəliblər. Sayca 49-cu forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər. Forum yanvarın 21-nə kimi davam edəcək. Qeyd edək ki, bir neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında prezident İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib.

Foruma Azərbaycan Nümayəndə Heyəti Prezident İlham Əliyevin rəhbərliyi altında qatılıb. Azərbaycan prezidenti Davosda xarici ölkələrin rəsmiləri, hökumət başçıları, eləcə də, dünyanın tanınmış şirkətlərinin rəhbərlərilə görüşlər keçirir. 

Davos, World Economic Forum - Sputnik Azərbaycan
İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir

Davos forumunun Azərbaycan üçün əhəmiyyətini şərh edən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, Prezident İlham Əliyevin forumda şəxsən iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır "Azərbaycan Prezidenti Davos forumunda 10 dəfədən çox iştirak edib. İlham Əliyev Davos forumunda ən fəal iştirak edən prezidentlərdəndir. Bu da Azərbaycan üçün bir sıra dvidentlər gətirir. Prezident hər il Davosda 30-a yaxın görüş keçirir. 1995-ci ildən başlayaraq Azərbaycan Dünya İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində təmsil olunur. Davos forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacibdir. Azərbaycan Prezidenti Davos forumunun imkanlarından görüşləri, çıxışları ilə uğurlu şəkildə faydalanır. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın 2017-ci il üzrə iqtisadi prioritetlərini aydın şəkildə açıqlaması forumda ölkəmizə olan marağı daha da artırır. Dünyanın aparıcı şirkətləri, dünya iqtisadiyyatını müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Yəni Azərbaycan iqtisadiyyatının problemi nədir, Azərbaycan bu problemdən çıxış yolunu necə görür. Bütün bu suallara Davosda aydın cavablar verilir. Ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin iqtisadi potensialının təbliğ olunması baxımından forum olduqca əhəmiyyətlidir”. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycan Prezidenti Davosda bir sıra görüşlər keçirib

Rufiz Qonaqov hesab edir ki, hazırda dünya iqtisadiyyatının nəbzi Davosda döyünür: “Davos İqtisadi Forumu dünyanın ən böyük iqtisadi forumu sayılır. Burada dünyanın yüksək səviyyəli şəxsləri təmsil olunurlar. Forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından vacibdir. Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı qarşımızda duran əsas vəzifələrdəndir. Prezident çıxışlarında, müsahibələrində təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı iştirakçıları məlumatlandırır. Biz bu mötəbər tribunadan istifadə edərək dünyaya həm də siyasi mesajlar ötürə bilirik. Artıq Azərbaycan start mövqedən deyil, dinamik inkişafda olan, sabitliyin bərqərar olduğu, yeni hədəflərə doğru irəliləyən bir ölkə kimi Davosda çıxış edir. İqtisadiyyatımız sabitləşib, təbii ehtiyatlarımızdan cəmiyyətin firavanlığı naminə istifadə olunur. Dünya Azərbaycanın bu gün regionun lider dövləti, regionun və digər ətraf bölgələrin inkişafı üçün təşəbbüslərin müəllifi olduğunu qəbul edib”.

Rufiz Qonaqov bildirib ki, Davos forumu Azərbaycan Prezidentinin iştirakı ilə daha da mötəbərləşib: “Davos Forumu Azərbaycanın mövqeyini dünyaya çatdırmaq baxımından bir fürsətdir. Prezident məqaləsində Davos forumunun əhəmiyyəti, Azərbaycan iqtisadiyyatının problemləri, 2017-ci il üçün prioritetlərimiz barədə ətraflı məlumat verib. Müşahidələr göstərir ki, forum iştirakçılarının Azərbaycana böyük marağı var. Hər bir güclü şirkət çalışır ki, Azərbaycanda nümayəndəlik açsın. Düşünürəm ki, indiki vacib məqamda Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq”.

Xəbər lenti
0