BAKI, 18 yan – Sputnik. Birləşmiş Ştatların keçmiş prezidenti ata Corc Buş xəstəxanaya yerləşdirilib.
Sputnik Azərbaycan Daily Mail-ə istinadən xəbər verir ki, 92 yaşlı sabiq prezidentin həyati təhlükəsi yoxdur. “Yaxın günlərdə o evə buraxılacaq” — xəstəxanadan bildirilib.
Corc Buşun xəstəxanaya yerləşdirilməsinin səbəbi isə naməlum olaraq qalır.