BAKI, 18 yan — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşü olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Azərbaycan prezidenti Davosda həmçinin Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb.
Dövlət başçısı həmçinin Davosda İraq Kürdüstan Regional hökumətinin rəhbəri Məsud Bərzani ilə də görüşüb.