Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Əfiqə Batıyeva deyib ki, bu imtahanların nəticələri ürəkaçan olmayıb: “Bu il 9-cu siniflərdə 100 mindən artıq şagird təhsil alır. Bu şagirdlərdən 85 minə yaxını Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilən monitorinq imtahanlarında iştirak edib. Bu imtahanlarda yeni qiymətləndirmə vasitələrinə dair nümunələr təqdim olunub. Onlar şagirdlərin bacarıqlarının necə formalaşdırıldığını yoxlamaq üçün keçirilib. Monitoriq imtahanlarının nəticələri isə o qədər də ürəkaçan olmayıb”.
“Bununla belə, bu müddət ərzində yeni qiymətləndirmə vasitələrinin tətbiq olunması və nəticələri yoxlayan markerlərin hazırlanması sahəsində qəbul komissiyasında, indi isə Dövlət İmtahan Mərkəzində xeyli təcrübə toplanıb. Bu il ilk olaraq yeni təhsil proqramı ilə təhsil alan 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcəklər” — deyə o bildirib.