Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qazın qiyməti yenidən gözdən keçiriləcək

© Photo : TRENDSOCAR-ın ötən ilin ilk yarısında mənfəəti açıqlanıb
SOCAR-ın ötən ilin ilk yarısında mənfəəti açıqlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR: "Manatın ucuzlaşması davam edərsə, aidiyyəti qurumlara müraciət edəcəyik"

BAKI, 17 yan — Sputnik. "Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır. Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir".

© Photo : TRENDSOCAR-ın vitse-prezidenti Süleyman Qasımov
SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov - Sputnik Azərbaycan
SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov

Sputnik xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov belə deyib. Onun sözlərinə görə, manatın devalvasiyası SOCAR-ı əlavə zərərə salıb: "Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizminin işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıq aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək".

Xəbər lenti
0