BAKI, 17 yan — Sputnik. Prezident İlham Əliyevin Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.
Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.