BAKI, 17 yan — Sputnik. Novruz bayramı günlərində 9 gün ardıcıl olaraq iş olmayacaq. Bəlli olduğu kimi, Novruz bayramı mart ayının 20, 21, 22, 23 və 24-ündə qeyd olunur.
Sputnik Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə istinadən xəbər verir ki, bu il 18-19 və 25-26 mart tarixləri həftənin şənbə-bazar günlərinə təsadüf etdiyindən, ardıcıl olaraq qeyri-iş günlərinin sayı 9 olacaq.
8 Mart Beynəlxalq Qadınlar Günü də ölkə qanunvericiliyinə əsasən qeyri-iş günü hesab edilir. Ümumilikdə, mart ayında 10 gün iş olmayacaq.