BAKI, 17 yan — Sputnik. Yanvarın 16-da Bakının Xəzər rayonunda növbəti intihar hadisəsi qeydə alınıb. Bu barədə Sputnik-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
1956-cı il təvəllüdlü Vəliyev Rafiq Həmid oğlu Şüvəlan qəsəbəsində çoxmənzilli evin həyətində özünü asıb. Kişinin meyitini onun oğlu tapıb.
Doğmalarının sözlərinə görə, R. Vəliyev saat 08:30-da yuxudan durub, adi qaydada evdəkilərlə salamlaşıb və evdən çıxıb. Saat 09:20-də oğlu iş dalınca getmək üçün evdən çıxıb. O, heç on addım getməmiş dəhşətli mənzərə ilə — atasının ağacdan asılmış meyiti ilə rastlaşıb.
Hələlik intiharın səbəbi məlum deyil. Doğmalarının sözlərinə görə, R. Vəliyev ailəni maddi cəhətdən lazımi səviyyədə təmin edə bilmədiyinə görə ciddi narahatlıq keçirirmiş.