BAKI, 17 yan — Sputnik. Yeni il gecəsi İstanbulda gecə klubunu qana bulayan terrorçu Abdulqadir Maşaripovun gizləndiyi evin görüntüləri yayılıb. Türkiyə təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatından sonra sağ ələ keçən A. Maşaripovun evində aparılan axtarış işləri başa çatıb. Daha sonra polis jurnalistlərə evdə çəkiliş aparmağa icazə verib.
Sputnik Sözcü-yə istinadən həmin görüntüləri təqdim edir: