BAKI, 17 yan — Sputnik. Prezident İlham Əliyev Davosda "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, "Suez Group" şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulanıb. Söhbət zamanı "Suez Group" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.