BAKI, 17 yan — Sputnik. Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18 və 19 yanvar tarixlərində, gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək: "Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər".
Yarana biləcək narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.