BAKI, 17 yan — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib.
Sputnik xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanvarın 17-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil edilən görüşlərdə iştirak edib.