BAKI, 17 yan — Sputnik. Türkiyənin İstanbul şəhərində Yeni il gecəsi terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
URGENT | Main suspect in New Year's Eve attack on #Reina nightclub in #Istanbul captured, #Turkish media report. pic.twitter.com/JoBZfi7WPJ
— Vocal Europe (@thevocaleurope) 16 января 2017 г.
Sputnik-in verdiyi məlumata görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 4 nəfər tutulub. Onlardan üçü qadındır. Digər kişinin üzərində isə Qırğızıstan pasportu tapılıb.
BREAKING | #Turkish media reporting that the #Reina attacker caught in #Istanbul. pic.twitter.com/IPZQiGAwaJ
— Vocal Europe (@thevocaleurope) 16 января 2017 г.
Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən Reina gecə klubuna edilən hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ölənlər arasında əslən azərbaycanlı Nuranə Həsənova da var.
Yılbaşı gecesi #Reina'da katliam gercekleştiren DAEŞ’li terörist yakalandı
— EHA_GÜNDEM (@eha_medya) 16 января 2017 г.
işte ayrıntılar:https://t.co/sM9J6xKS71 pic.twitter.com/THxRtEuh6V