Politoloq: "Qərb Rusiya ilə yaxınlıq edib müxtəlif təhlükələrə qarşı birgə mübarizə aparmaq istəyir"
Fransanın "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen bildirib ki, prezident seçildiyi halda Krımı Rusiya ərazisi kimi tanıyacaq. Politoloq Fikrət Sadıxov deyir ki, özü-özlüyündə bu, müsbət bir amildir:
“Rusiya və Qərb arasındakı qarşıdurma hələ davam edir. Amma Avropada və Qərb ölkələrində hakimiyyətə gələn və hakimiyyətə gəlmək istəyən qüvvələr artıq Rusiya ilə yaxınlıq barədə bəyanatlar verirlər. Görünür, bu, tək bəyanatlar səviyyəsində qalmayacaq. Onlar Rusiya ilə yaxınlıq edib müxtəlif təhlükələrə qarşı birgə mübarizə aparmaq istəyirlər. Özü-özlüyündə bu, müsbət bir amildir”.
“Amma bu məsələnin digər tərəfi də var. Le Penin bu bəyanatı təhlükəlidir, çünki müxtəlif separatçı rejimlər var. İstisna deyil ki, sabah o, Dağlıq Qarabağla da bağlı oxşar bir bəyanat versin. Məhz bundan narahat olmaq lazımdır və biz bu məsələdə çox ehtiyyatlı olmalıyıq” — deyə o bildirib.