BAKI, 16 yan — Sputnik. Almaniyanın Dortmund şəhərində "Terrora qarşı birlik" mitinqi keçirilib. Sputnik TRT-yə istinadən xəbər verir ki, aksiyada mindən çox insan iştirak edib.
Türkiyə bayraqları ilə yürüş keçirən nümayişçilər terror hücumlarını pisləyən şüarlar səsləndiriblər. Etirazçılar terror təşkilatlarına maliyyə dəstəyi verən Avropa ölkələrini də tənqid ediblər.