BAKI, 16 yan — Sputnik. Türkiyənin Diyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində şəhid olanların sayı 4-ə çatıb.
Sputnik-in məlumatına görə, hadisə Dəclə Universitetinin yaxınlığında baş verib. Polis avtobusu keçərkən partlayış baş verib.
Terror aktı nəticəsində 4 polis əməkdaşı şəhid olub, 2 polis isə yaralanıb.
Diyarbəkir valiliyi terror aktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, terror hücumu ilə bağlı araşdırma aparılır.