Qırğızıstandakı təyyarə qəzası ilə bağlı yeni xəbər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidManas Hava Limanı
Manas Hava Limanı - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzadan 6 saat sonra hava limanında təyyarələrin uçuş qrafiki bərpa olunub

BAKI, 16 yan — Sputnik. Qırğızıstanın paytaxtı Bişkekin bu gün səhər baş verən təyyarə qəzasından sonra müvəqqəti bağlanılan Manas Beynəlxalq Hava Limanı fəaliyətini bərpa edib. Sputnik RT-yə istinadən xəbər verir ki, qəzadan 6 saat sonra hava limanında təyyarələrin uçuş qrafiki dayandırıldığı yerdən davam edir.

Qeyd edək ki, Honkonqdan qalxan və Qırğızıstanın paytaxtı Bişkekdə enməyə çalışan, Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb. Son məlumatlara görə, 37 nəfər dünyasını dəyişib. Xəbəri Qırğızıstanın fövqəladə hallar naziri Kutabek Boronov da təsdiqləyib.

Xəbər lenti
0