Ekspert: "Korrupsiyaya qarşı mübarizə planı öz məqsədinə çatıb"

© Photo : Zaur IbrahimliZaur İbrahimli, jurnalist
Zaur İbrahimli, jurnalist - Sputnik Azərbaycan
Abunə olmaq
Zaur İbrahimli: "Son 10 ildə xeyli işlər görülüb"

Zaur İbrahimli: "Biz qeyri-obyektivlikdən danışa bilmərik"
2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilib.  

Müəyyən edilib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunub.

“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli deyir ki, korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı çox əhatəli plan idi: “Burada 124 bənd üzrə tədbirlər nəzərdə tutulmuşdu. Bu, çox ambisiyalı plan idi və öz məqsədlərinə çatdı. İlk növbədə korrupsiyaya qarşı qanunvericiliyin normal hüquqi bazası təkminləşdirildi, korrupsiyaya qarşı mübarizənin institusional əsasları yaradıldı”.

“Monitorinqin yekun nəticələrinə görə, bu illər ərzində plan 83 faiz yerinə yetirilib. Bu, kifayət qədər uğurlu göstəricidir. Biz bunu bizim göstəricilərlə müqaisə etdikdə obyektiv mənzərənin yarandığını görürük. Eyni zamanda, açıq hökumət Planı ilə də bağlı müstəqil ekspertlərin və beynəlxalq təşkilatların dəyərləndirilməsi ilə hökumətin dəyərləndirməsi bir birinə yaxındır. Yəni biz burada qeyri-obyektivlikdən danışa bilmərik” — deyə o bildirib.

Xəbər lenti
0