İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib

Abunə olmaq
Azərbaycan Prezidenti: "Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi"

BAKI, 16 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu ünvanlayıb. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev bu ölkədə baş verən təyyarə qəzasından kədərləndiyini ifadə edib.

"Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm" — Prezidentin məktubunda bildirilir.

Xəbər lenti
0