ELM

Azərbaycanda universitet fəaliyyətini dayandırdı

© Sputnik / Pavel LisitsynTələbə. Arxiv şəkli
Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib

BAKI, 16 yan — Sputnik. "Təfəkkür" Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Bu barədə Sputnik-ə Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən məlumat verilib.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
ELM
Adı rüşvətxorluqda ən çox hallanan universitetlərimiz

Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Təhsil Nazirliyi "Təfəkkür" Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

Nazirlik bəyan edir ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq: "Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək".

Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

© Photo : edu.gov.azTəfəkkür Universiteti
Təfəkkür Universiteti - Sputnik Azərbaycan
Təfəkkür Universiteti
Xəbər lenti
0