Məşhur amerikalı aktrisa müsəlman oldu?

© Photo : PUBLIC DOMAINAmerikalı müğənni-aktrisa Lindsay Lohan
Amerikalı müğənni-aktrisa Lindsay Lohan - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsi hesabındakı bütün şəkillərini silən ulduz, profilindəki fotonun yanına "Aleykum salam" yazıb

BAKI, 16 yan — Sputnik. Məşhur aktrisa Lindsay Lohanın Instagram hesabında etdiyi dəyişiklik insanları çaşdırıb. O, daha əvvəl ölkəsi Amerikada əlində "Quran-i Kərim"lə görüntülənmiş, ardınca suriyalı qaçqınları ziyarət üçün Türkiyəyə gələrkən hicab bağlamışdı.

Sputnik Sözcü-yə istinadən xəbər verir ki, şəxsi hesabındakı bütün şəkillərini silən məşhur amerikalı ulduz, profilindəki fotonun yanına "Aleykum salam" yazıb. Müğənninin bu addımı onun müsəlman olduğu iddiasını gücləndirib.

Qeyd edək ki, Lindsay Lohan xristian katolik ailəsində dünyaya gəlib. Artıq neçənci dəfədir ki, onun islamla maraqlandığı xəbərləri dolaşır.

Xəbər lenti
0