Jurnalistlərin nəzərinə! 19 yanvar saat 12.00-da "20 yanvar 1990-cı il hadisələrində zərər çəkmiş şəxslərin sosial problemlərinin həlli" mövzusunda mətbuat konfransı keçiriləcək.
1990-cı ildə baş vermiş faciəvi yanvar hadisələrinin ildönümündə Bakıya sovet qoşunlarının yeridilməsi nəticəsində zərər çəkmiş şəxslərin sosial problemləri müzakirə ediləcək. Müzakirədə Azərbaycanın Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və "20 yanvar" cəmiyyətinin sədri Soltan Əzimzadə iştirak edəcək.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.