BAKI, 15 yan — Sputnik. İŞİD terrorçuları Əfqanıstanın cənubundakı Nanqarhar əyalətində 13 üləmanı oğurlayıb.
RİA Novosti-nin verdiyi məlumata görə, din xadimlərindən ibarət qrup bu gün səhər əyalətin Haski Mina rayonundakı mədrəsədə tələbələr üçün imtahan təşkil edib.
Həmin vaxt İŞİD terrorçuları mədrəsəyə hücum edib və 13 üləmanı da özləri ilə götürərək oranı tərk edərək naməlum istiqamətdə gediblər. Hüquq-mühafizə orqanları din xadimlərinin azad edilməsi üçün tədbirlər görür.