BAKI, 15 yan-Sputnik. Marsın NASA tərəfindən çəkilmiş şəkillərində ufoloqlar şüurlu həyatın əlamətlərini tapıblar. Onlar ev, kosmik gəmi və iki canlı varlığın fiqurlarıdır.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər qırmızı planetin şəkillərini analiz edərkən orada şüurlu həyatı əks etdirən aşkar əlamətləri müşahidə ediblər. Əvvəlcə NASA-nın entuziastları evi müəyyən ediblər. Onu hətta uzaq məsafədən ayırd etmək mümkündür. Binanın açıq pəncərələri belə aydınca görünür.
Evin yaxınlığında ufoloqlar kosmik gəmiyə oxşayan, yaşayış yerinin yaxınlığındakı dayanacağa park edilmiş nə isə görüblər. Mütəxəssislər həmçinin iki canlının başını da fərq ediblər ki, onların da yerli sakinlər olduğu güman edilir.
Bununla yanaşı ufoloqlar bildiriblər ki, NASA bütün şəkilləri ağ-qara fonda çəkir ki, həmin peyzajdakı elementləri adi gözlə müəyyənləşdirmək çətindir. Onlar rəngli olsaydı, daha aydın seçilərdir.
Bu tapıntı alimlərin Marsda şüurlu sivilizasiyanın olduğu barədə nəzəriyyələrini təsdiqləməyə kömək edir.