Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 15 yan-Sputnik. Dağlıq Qarabağda düşəmənlə təmas xəttində ordumuzun mövqelərinin erməni silahliları tərəfindən atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Astara rayon Şahağacı kənd sakini Bəşirov Fikrət Nuşirəvan oğlu şəhid olub.
Şəhidin cənazəsi bir neçə saat öncə evlərinə gətirilib və ondan sonra dəfn edilməsi üçün qəbristanlığa aparılıb.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Şəhid Bəşirov Fikrət Nuşirəvan oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Dəfn mərasimində rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd sakinləri və şəhidin qohumları iştirak edib.
Bəşirov Fikrət Nuşirəvan oğlu 1980-ci ildə Astara rayonunun Şahağacı kəndində doğulub və dörd gün öncə qız övladı dünyaya gəlib. O, Füzuli rayonu istiqamətində düşmənlə təmas xəttində şəhid olub.