BAKI, 14 yan-Sputnik. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman konstitusiya dəyişikliyi ilə bağlı referendumun 2 aprel və ya 9 apreldə keçiriləcəyini açıqlayıb. Bu barədə Sputnik “akşam”a istinadla xəbər verir.
Onun fikrincə, bu, parlamentdən keçəcək, millətin önünə gələcək. Hazırda Türkiyə Böyük Millət Məclisində konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr aparılır.