Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Opera və Balet Teatrından bəyanat

Abunə olmaq
Opera və Balet teatrı: Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.

BAKI, 14 yan — Sputnik. Azərbaycan Dövlət Opera və Balet Teatrı xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə bağlı bəyanat yayıb.

Teatrın mətbuat xidmətindən APA-ya göndərilən bəyanatda qeyd olunur ki, balet artistlərinin teatrı kütləvi surətdə tərk etməsini təsdiq etməyə heç bir əsas yoxdur: “Xalq artisti Mədinə Əliyevanın Opera və Balet Teatrından işdən ayrılması səbəbi haqqında səsləndirdiyi həqiqətdən uzaq olan fikirlərlə tanış olarkən təəccübləndik. Çünki balet artistlərinin teatrı “kütləvi surətdə tərk etməsini” təsdiq etməyə heç bir əsas yoxdur. Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.

Həqiqətdə isə öz yüksək professionallığı ilə fərqlənən balet truppası tam tərkibdə fəaliyyətini davam etdirir və repertuar üzrə tamaşalara hazırlaşır. Kollektivdə ənənəvi olaraq işgüzar əhval-ruhiyyə hökm sürür.

Mədinə Əliyevanın özünün işdən ayrılmasının səbəbi isə onun “gənc aktrisa” adlandırdığı xalq artisti Kamilla Hüseynovanın balet truppasına bədii rəhbər vəzifəsinə təyin olunması ilə qəti surətdə razılaşmamasıdır”.

Teatrdan bildiriblər ki, Kamilla Hüseynova uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı səhnə ustası olub: “O, “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı, eyni zamanda Prezident mükafatçısıdır. Bir neçə ay öncə — 2016-cı ilin mayında o, “Şəhrizad” baletində Zübeydə rolunun parlaq ifası ilə səhnəsində çıxışlarını başa vurub, hal-hazırda zəngin təcrübəsini gənc, yeni yetişən balet artistlərinə ötürür. Və bu, çox düzgündür. Mədinə Əliyevanın bu vəziyyətlə razılaşmamasına gəlincə, teatr rəhbərliyi məsələ ilə əlaqədar dəfələrlə onunla söhbət aparıb, fəaliyyətini davam etdirməyə çağırıb. Lakin o özü üçün daha düzgün hesab etdiyi qərarı seçib. Öz istəyi ilə teatrdan azad olunmaq haqqında ərizə ilə müraciət edib və rəhbərlik onun arzusunu yerinə yetirib. Bir müddət əvvəl Mədinə Əliyeva Xoreoqrafiya Akademiyasından da öz ərizəsi ilə azad olunub. Təəssüf edirik ki, emosiya və ambisiyalar bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır. Eyni zamanda kiminsə şəxsi istəyini teatrın maraqlarından üstün tutmasını, onları ultimativ şəkildə səsləndirilməsini və yanlış məlumatları yaymasını düzgün hesab etmirik”. 

Qeyd edək ki, xalq artisti M. Əliyeva APA-ya açıqlamasında teatrın ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O, bildirmişdi ki, son vaxtlar Opera və Balet Teatrında on beş nəfər işdən çıxıb. 

Xəbər lenti
0