Mosul universiteti İŞİD-dən alınıb

© AP Photo / Felipe DanaMosul, arxiv şəkli
Mosul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraq ordusu Mosul şəhərinin şərq hissəsini İŞİD-dən təmizləyir

BAKI, 14 yan — Sputnik. İraqın hökumət qüvvələri Mosul şəhərində İŞİD-in nəzarətində olan universitetin ərazisini bütünlüklə ələ keçirib.

Hazırda hərbçilər rayonu və qruplaşma tərəfindən qazılan tunelləri yoxlayır.

İki günlük ağır döyüşlərdən sonra yaraqlılardan təmizlənən universitet hökumət qüvvələrinin qərbə doğru hərəkəti üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, Mosulun azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar 2016-cı il oktyabrın 17-də başlayıb. Əməliyyatda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, şiələrin “Əl-Həşd əş-Şəəbi” qruplaşması, həmçinin beynəlxalq anti-terror koalisiyası da iştirak edir. İraqın ən böyük ikinci şəhəri olan və 1,3 milyon əhalinin yaşadığı Mosul artıq iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır. Hərbi əməliyyatlar başlayandan indiyədək 130 mindən çox yerli sakin şəhəri tərk edib.

Xəbər lenti
0