CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda daha bir yol bağlanır

© Photo : Azəravtoyol ASC-nin mətbuat xidmətiKüçədə təmir
Küçədə təmir - Sputnik Azərbaycan
Abunə olmaq
Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq

BAKI, 13 yan — Sputnik. Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu küçələrdə gediş-gəliş bərpa olundu

"Bakı şəhərinin Yasamal rayonu ərazisində, Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur. Bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq" — Nəcəfli bildirib.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 — 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 — 17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2 — 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 — 23.5 metr təşkil edəcək.

Xəbər lenti
0