BAKI, 13 yan — Sputnik. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlanıb. Sputnik Mərkəzi Bankın saytına istinadla xəbər verir ki, 2017-ci il yanvar ayının 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 3 mlrd. 974,4 mln. ABŞ dolları təşkil edib.
Rəsmi valyuta ehtiyatlarının həcmi 2016-cı il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 36,6 mln. dollar azalıb.