BAKI, 13 yan — Sputnik. İsveçrənin Cenevrə şəhərində keçirilən Kipr müzakirələri ilk dəfə olaraq müsbət sonluqla nəticələnib. Sputnik xəbər verir ki, danışıqlardan sonra Cənubi Kipr prezidenti Nikos Anastasiadis jurnalistlərə açıqlama verib.
O bildirib ki, adanın birləşməsi ətrafında aparılan siyasi dialoqda irəliləyiş əldə edilib. Görüşün detalları barədə ictimaiyyət yaxın günlərdə məlumatlandırılacaq.