BAKI, 13 yan — Sputnik. İraq ordusu Mosulun əsas inzibati binasını İŞİD terrorçularından azad edib.
RİA Novosti xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin köməkçisi səlahiyyətlərini icra edən Eliza Slotkin açıqlama verib.
Slotkin vurğulayıb ki, hazırda Mosulun əsas inzibati binasının damında İraq bayrağı dalğalanır.
Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.