Ekspert: “Bizdə nəqliyyatın əsas problemi qanunların icrası ilə bağlıdır”

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Помогут ли выделенные линии для автобусов решить проблему пробок?"
Пресс-конференция на тему Помогут ли выделенные линии для автобусов решить проблему пробок? - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Məmmədov: “Biz sadəcə qanunları icra etmirik”

Fazil Məmmədov: “Bizim qanunlar qlobal səviyyədə yazılıb”
Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxt küçələrində sərnişin avtobuslarının hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq. Yeniliyin məqsədi sərnişindaşımada təhlükəsizlik və rahatlığın təmin olunması, ictimai nəqliyyatdan istifadəyə marağın artırılmasıdır. Bu addımın yollarda yüklənmə problemini qismən aradan qaldıracağı güman edilir.

“Sürücülərin maariflənməsinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov deyir ki, Bakı şəhərində yol hərəkətinin əsas problemi qanunların icra olunmaması ilə bağlıdır: “Mən həmişə demişəm ki, yol təhlükəsizliyi baxımından Bakı şəhərinin ən böyük problemi qanunların icra olunmamasıdır. Yollarda hərəkəti tənzimləyən “Yol hərəkəti haqqında” qanun və digər sənədlər qlobal səviyyədə yazılıb, lakin bizim onlara qarşı diqqətsizliyimiz yollarda baş verən problemlərə səbəb olur”.

“Bir tərəfdən, bizdə yollarla bağlı dövlət siyasəti yoxdur. Bizdə öz problemlərini həll edən Nəqliyyat Nazirliyi və tikinti şirkətləri var. Biz – sürücü və piyadalar qanuna itaət etmirik. Bu isə şəhərdəki hərəkətin dayanmasına səbəb olur” — deyə o bildirib.

Xəbər lenti
0