CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kreditlərin verilməsi qaydalarına da dəyişiklik edildi

© Sputnik / Anar MustafayevKredit kartları
Kredit kartları - Sputnik Azərbaycan
Abunə olmaq
Banklar müştərilərə kreditləri nağdsız formada verəcək

BAKI, 12 yan — Sputnik. Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək. "APA-Economics"in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulub: "Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır".

Xəbər lenti
0