Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar alqı-satqısının qaydaları dəyişdi

© Sputnik / Murad OrujovDollar və manat
Dollar və manat - Sputnik Azərbaycan
Abunə olmaq
Kommersiya bankları üçün bu gündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir

BAKI, 12 yan — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günkü valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, saat 12:00-da başlayan hərrac 12:45-də başa çatacaq.

Dollar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların real məzənnəsi bankların ixtiyarına buraxılır

Satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılıb. Satış "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

Bununla yanaşı, bildirilir ki, kommersiya bankları üçün bu gündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir. ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

Xəbər lenti
0