BAKI, 11 yan — Sputnik. Yanvarın 16-da İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq.
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.