Türkiyə-İraq uzlaşmazlığı hələ davam edir

© Photo : Virginia Mayo / POOL / AFPTürkiyənin müdafiə naziri Fikri İşık
Türkiyənin müdafiə naziri Fikri İşık - Sputnik Azərbaycan
Abunə olmaq
İraq səfirinin bəyanatına Türkiyənin müdafiə naziri Fikri İşık münasibət bildirib.

BAKI, 11 yan – Sputnik. İraqın Türkiyədəki səfiri Hişam əl-Ələvi Mosul əməliyyatından sonra türk əsgərlərinin ölkəsindəki Başika kampından çəkilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, səfirin bəyanatına Türkiyənin müdafiə naziri Fikri İşık münasibət bildirib. Nazir, İraqdan ölkəsinə olan terror təhdidləri bitmədikcə türk əsgərlərin Başika təlim mərkəzində qalmağa davam edəcəyini söyləyib.

“Baş nazirimiz ilə birlikdə keçən həftə İraqda səfərdə idik. Səfər zamanı Başika düşərgəsi də gündəmə gəldi. Türkiyə İraqın ərazi bütövlüyünə və unitar quruluşuna hörmətlə yanaşır. Bu məsələdə Ankara ilə Bağdad arasında anlaşılmazlıq yoxdur. Mosul yaxınlığındakı Başikada türk əsgərinin varlığı baş nazirimizin də dediyi kimi bir keyfiyyət deyil, bir zərurətdir. Bölgənin İŞİD-dən təmizlənməsi İraqın təhlükəsizliyi qədər Türkiyənin təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bölgə terrordan tamamilə təmizləndikdən sonra İraq ilə Türkiyə yenidən bu məsələyə baxacaq. İŞİD-dən sonra bu mövzunu dostcasına həll edəcəyik. İraqın da bu mövzuda tərəddüdü olmasın”.

Qeyd edək ki, yanvarın 7-si və 8-də İraqda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım türk əsgərlərin Başikadakı hərbi bazadan çıxmayacağını bildirib: “Bu, hərbi düşərgənin İraqa aid olmadığı anlamına gəlmir. Əlbəttə, oradakı Türkiyə hərbçiləri öz xidmətini davam etdirəcək. Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq”.

Xəbər lenti
0