BAKI, 11 yan — Sputnik. Birləşmiş Ştatların yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar pul xərclənəcək. Sputnik bu barədə Reuters-ə istinadən xəbər verir.
Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də paytaxt Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən bütün yollar bağlanacaq, metro və avtobusların hərəkəti isə bir neçə saatlığa dayandırılacaq. Trampın andiçmə mərasiminə məşhur müğənnilərin qatılacağı da bildirilib.