BAKI, 11 yan — Sputnik. Ötən gecə Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə taxta tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Radiator təmiri sexində yanğın
10:39 11.01.2017 (Yenilənib: 20:48 16.11.2021)
Abunə olmaq
Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.