ELM

Məktəbə "ayaq döymək" dövrü bitir

CC0 / StockSnap / studentsAmerikalı tələbələr
Amerikalı tələbələr - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda distant təhsil sisteminə keçid inqilabi dəyişikliklərə səbəb olacaq

BAKI, 11 yan — Sputnik. Rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.

Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
ELM
Azərbaycanda məktəbə getməyərək təhsil almaq mümkün olacaq

"Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə bunlar qeyd olunub. Bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək.

Yol Xəritəsində göstərilir ki, tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri (məsələn, imtahanlar, müsabiqə xarakterli tədqiqatlarda iştirak və s.) müəyyən ediləcək və qiymətləndirmə nəticələri inkişaf fəaliyyətlərinin planlaşdırılmasında əsas amil kimi nəzərə alınacaq.

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Sözügedən yeniliyi Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədov, Azərbaycanda daha çox əyani və qiyabi təhsil formalarının populyar olduğunu deyib: "Amma qanunvericilikdə həm də distant təhsil nəzərdə tutulub. "Təhsil haqqında" qanunda bu, əksini tapıb. Azərbaycanda təhsil sahəsində ciddi islahatlar aparılmalı və bunun həyata keçirilməsi üçün ilk növbədə kadr potensialı standartlara cavab verməlidir. Strateji Yol Xəritəsi Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyası və lazımi yer tutması istiqamətində mühüm addım ola bilər".

"Elektron təhsilə keçidin vaxtı çatıb. Çünki, bu gün hər kəs artıq informasiyanı, texnologiyalardan istifadə edərək alır. Artıq bizim standart dərsliklərdən, materiallardan dərs öyrənmə metodları effektivliyini itirib" — mütəxəssis bildirib.

Onun sözlərinə görə, hazırda dünyanın bütün nüfuzlu ali təhsil müəssisələrində distant təhsil tətbiq olunur: "Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsi var. Amma bunların, maksimum 10-da bu standartlar çərçivəsində tədris prosesini həyata keçirmək mümkündür. Distant təhsildə şagird, tələbə auditoriyada olmadan onlayn kamera vasitəsilə dərslərə qoşulub mühazirələri dinləyə bilir. Bunun üçün ilk növbədə kommunikasiya olmalıdır. Bu gün heç bir universitetdə bu, həyata keçirilmir. Ali təhsil müəssisələrində veb-kameralar, yalnız təhlükəsizlik və nəzarət missiyasını həyata keçirir".

Əsədov distant təhsil sisteminin iqtisadi tərəflərinə də diqqət çəkib: "Məsələn, dərsliklərin, sual kitabçalarının, test tapşırıqlarının hazırlanması zamanı xarici ölkədən baha qiymətə alınan kağız materiallardan istifadə edirik. Əgər elektron resurslar üzərində bunu həyata keçirsək, kifayət qədər maliyyə itkisindən azad olarıq. Bundan başqa, təhsildə mənfi hallar aradan qalxar. Çünki, bu gün bir çox tələbə və şagirdlər dərsə getmədiklərinə görə, bu və ya digər formada dekana, rektora, məktəb direktoruna, sinif rəhbərinə nələrsə təklif edirlər. Distant təhsilin həyata keçirilməsi bu problemlərin də aradan qalxmasına gətirib çıxaracaq".

Elektron imtahana gəldikdə isə ekspert bunları söyləyib: "Bu, optimal imtahan qaydalarından biri hesab olunur. İmtahan bitən kimi nəticələr bəlli olur. Amma standart imtahanlarda isə nəticələr bir neçə günə, hətta bir neçə həftəyə bəlli olur".

© Photo : STRƏjdər Ağayev, təhsil eksperti
Əjdər Ağayev, təhsil eksperti - Sputnik Azərbaycan
Əjdər Ağayev, təhsil eksperti

Təhsil eksperti qısa müddətdə distant təhsilə keçməyi zəruri hesab edir: "İnsanlarımız kütləvi şəkildə xarici universitetlərdə təhsil almağa gedirlər. Bu da maliyyə itkisinə gətirib çıxardır. Onsuz da neftdən gələn gəlirlərimiz aşağı düşüb. Bu gün təkcə Türkiyədə 16 min vətəndaşımız təhsil alır. Görün nə qədər pul kütləsi Azərbaycandan kənara çıxır. Distant təhsilə keçsək, pul vəsaitimiz ölkədə qalar. Bundan başqa, xarici universitetlərdə təhsil almağa meyl edən gənclər ölkəyə qayıdarlar. Xarici ölkələrdən Azərbaycana, təhsil almaq üçün kütləvi axın başlayar".

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də Sputnik-ə açıqlamasında distant təhsilin imkanlarının geniş olduğunu deyib: "Yəni, Bakıda oturan tələbə Avropada təhsil ala bilər. Məsafədən, kompüter imkanları hesabına, məsələn "Skype" vasitəsilə müəllimləri dinləmək imkanı qazanar".

"Gələcəkdə Azərbaycanda distant təhsilin genişləndirilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində də ola bilər. Tələbə rayonda oturub distant təhsil ala bilər" — Ağayev qeyd edib.

O, distant təhsil almaq istəyənlərin İKT-dən istifadə bacarıqlarının olmasını da vacib sayır: "Testə cavab vermək hər şeyi həll etmir. İKT imkanları inkişaf edəcəksə, "Skype" vasitəsilə imtahan götürmək, şifahi şərh vermək olar. Habelə, bölgələrimizdə bu sistem tətbiq olunacaqsa, deməli orada elektrik təminatı, internet, kompüter imkanları qaydasında olmalıdır".

Xəbər lenti
0