Bu ölkə nüvə istehsalına başlayır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidUran istehsalı, arxiv şəkli
Uran istehsalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Məsum ölkəsində nüvə proqramının bərpa olunmasına razılıq verib

BAKI, 11 yan — Sputnik. İraq prezidenti Fuad Məsum ölkəsinin nüvə proqramı ilə bağlı diqqət çəkən açıqlama verib. Sputnik İraq KİV-inə istinadən xəbər verir ki, o, bu proqramın dinc məqsədlər üçün bərpa olunmasına razılıq verdiyini bildirib.

İraq Prezident Administrasiyasından verilən açıqlamaya görə, nüvə proqramının bərpa olunması Beynəlxalq Atom Enerjisi Agentliyinin prinsiplərinə tam uyğundur. Qeyd olunur ki, sözügedən proseslə bağlı xüsusi komissiya da yaradılacaq.

Xatırladaq ki, İraqın nüvə proqramı 2003-cü ildə ABŞ qoşunlarının müdaxiləsi zamanı dayandırılmışdı.

Xəbər lenti
0