Prezident Naxçıvanda bir sıra müəssisələrin açılışını edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib
İlham Əliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri davam edir

BAKI, 11 yan — Sputnik. Bu gün Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək. Dövlət başçısı yeni stansiyanın təməlini qoydu.

Prezident İlham Əliyevin iştirakı ilə Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi də keçirilib. Dövlət başçısına "Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.

Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr su təmizləmə gücünə malikdir. Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər Türkiyə, membranlar isə Amerika istehsalıdır.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib - Sputnik Azərbaycan
1/5
İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

2/5
İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Culfa rayonunun mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib
İlham Əliyev Culfa rayonunun mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib - Sputnik Azərbaycan
3/5
İlham Əliyev Culfa rayonunun mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib

4/5
İlham Əliyev Culfa rayonunun mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib
İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib - Sputnik Azərbaycan
5/5
İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib
1/5
İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
2/5
İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
3/5
İlham Əliyev Culfa rayonunun mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib
4/5
İlham Əliyev Culfa rayonunun mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib
5/5
İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib

Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Anbarlardan Culfa şəhərinə qədər çəkilmiş boru xətti daxil olmaqla layihə ərazisində diametri 400 millimetrdən 63 millimetrə qədər borularla 59,7 kilometr daxili su şəbəkəsi çəkilib, 3438 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində bir təzyiq azaldıcı, 23 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə 2 barla 5 bar arasında təzyiqlə su verilir.

Prezident İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında da iştirak edib. Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir. Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

Nəhayət, Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

Xəbər lenti
0