Dövlət başçısı hərbi hissədə olub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib
İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib

BAKI, 11 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verib.

Məlumat verilib ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb. Dövlət başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir.

Məlumat verilib ki, hərbi hissədə hamam kompleksi də yaradılıb. Ümumi sahəsi 272 kvadratmetr olan bu kompleksdən 1 saat ərzində 172 hərbçi istifadə edə bilər. Hərbi hissədəki Əsgəri-Məişət Kompleksinin ümumi sahəsi 6172 kvadratmetrdir. Binada poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına veriləcək. Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər. Prezident İlham Əliyev burada qida məhsullarına baxdı, aşpazlarla söhbət etdi və onlarla xatirə şəkli çəkdirib.

Kompleksin anbarları da müasir səviyyədə qurulub. Burada ərzaq və əşya anbarları var. Anbarlar müasir soyuducu kameralar və digər zəruri avadanlıqla təchiz edilib. Kompleksdə camaşırxana, dərzi otağı və qazanxana da mövcuddur. Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Xəbər lenti
0