BAKI, 11 yan — Sputnik. İtaliyanın baş naziri Paolo Centiloni xəstəxanaya yerləşdirilib. O, Paris səfərindən qayıtdıqdan sonra özünü narahat hiss edib.
Sputnik İndependent-yə istinadən xəbər verir ki, baş nazir dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşüb. Paytaxt Romaya qayıtdıqdan sonra özünü pis hiss edən Centiloni "Gemelli" xəstəxanasına yerləşdirilib.
Həkimlər baş nazirin daralmış damarlarını bərpa etmək üçün kiçik əməliyyata ehtiyac olduğunu bildiriblər. Hökumət başçısının vəziyyətində ciddi problem yaşanmadığı açıqlanıb.