ABŞ-dan Türkiyəni qıcıqlandıran daha bir açıqlama

© Photo : AAMark Toner
Mark Toner - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Toner: "PYD Suriya böhranının həlli masasında oturmalıdır"

BAKI, 11 yan — Sputnik. Amerika Birləşmiş Ştatlarından PKK terror təşkilatının Suriyadakı qolu sayılan PYD-yə daha bir dəstək mesajı gəlib. Sputnik Hürriyet-ə istinadən bildirir ki, bu barədə açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner verib.

O, Suriyada rejimlə müxalifətin danışıqlarında PYD-nin iştirak etməsinin vacibliyini vurğulayıb: "Biz hesab edirik ki, onlar da bu prosesdə iştirak etməlidir. PYD Suriyada özünü təmsil edən qruplardan biridir. Suriyadakı uzunmüddətli həll yolu axtarışlarında da öz düşüncələrini dilə gətirməlidirlər".

Xəbər lenti
0