BAKI, 10 yan — Sputnik. Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub.
Sputnik xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı Facebook-dakı səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hadisə 20:40 radələrində baş verib.
Qeyd edək ki, 2016-cı il dekabrın 27-də və 2017-ci ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş vermişdi.
Mirvari Qəhrəmanlının bildirdiyinə görə, bu gün baş verən qəza bundan öncə partlayışlar baş verən əraziyə yaxındır.