BAKI, 10 yan — Sputnik. Gənc blogger Mehman Hüseynov azadlığa buraxılıb. Sputnik xəbər verir ki, Mehman Hüseynov məhkəmənin qərarı ilə 200 manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.
İşinə Nəsimi Rayon Məhkəməsində baxılan Mehman Hüseynov dünən axşam saxlanılmışdı. O, polisə müqavimətdə ittiham olunurdu.