1823-cü il yanvarın 10-da Bakıda başmaqçı ailəsində Zeynalabdin adında bir oğlan dünyaya gəldi. İllər keçdi və Zeynalabdin nüfuzlu neft maqnatı və mesenatı kimi adını Azərbaycan tarixinə yazdırdı.
Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi və milyonçu kimi daxil olub.
Tağıyev ölkəmizdə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi. Təəccüblü deyil ki, Azərbaycan xalqı onu hələ də "millətin atası" adlandırır.
Sputnik-in infoqrafikasında bu böyük azərbaycanlının bioqrafiyasının maraqlı detalları ilə tanış olmaq olar.